Britaniya parlamentinin binası qarşısında “Qarabağ Azərbaycandır!” banneri nümayiş olunub - FOTO

Britaniya parlamentinin binası qarşısında “Qarabağ Azərbaycandır!” banneri nümayiş olunub - FOTO
# 09 oktyabr 2020 16:16 (UTC +04:00)

Londonda Böyük Britaniya parlamentinin binası qarşısında “Qarabağ Azərbaycandır!” banneri nümayiş olunub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, dəstək aksiyası bu gün Londonda yaşayan azərbaycanlılar tərəfindən təşkil edilib.

“Qarabağ Azərbaycandır!” banneri bir neçə saat ərzində Londonun ən mərkəzi küçələrindən biri olan parlament meydanında nümayiş olunub.

Bundan əlavə, London küçələrində hərəkət edən üzərində ekran quraşdırılmış avtomobildə erməni işğalı, Qarabağ həqiqətləri barədə məlumatlar verilib.

Qeyd edək ki, Böyük Britaniyada yaşayan azərbaycanlılar bu həftə ərzində Azərbaycanı dəstəkləyən bir sıra ölkələrin Londondakı səfirliyinə təşəkkür məktubları təqdim ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR