Britaniyanın müxtəlif şəhərlərində Müstəqillik günü ilə bağlı bannerlər qaldırılıb - FOTO

Britaniyanın müxtəlif şəhərlərində Müstəqillik günü ilə bağlı bannerlər qaldırılıb - FOTO
# 18 oktyabr 2020 00:04 (UTC +04:00)

Britaniyanın 26 müxtəlif nöqtəsində 18 oktyabr Müstəqillik günü münasibətilə bannerlər nümayiş olunub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniyada yaşayan soydaşlarımız Britaniyanın Birminqem, Edinburq, Bristol, Qlazqo, Nottinqem, Aberdin, Kembric, Mançester kimi şəhərləri də daxil olmaqla 26 müxtəlif nöqtəsində milli banner fləşmobu keçirib. Müstəqillik günü münasibətilə keçirilən fləşmobda “Qarabağ Azərbaycandır!” banneri soydaşlarımız tərəfindən nümayiş olunub.

Qeyd edək ki, eyni nümayiş bundan öncə də Londonda Britaniya parlamentinin binası qarşısında da keçirilmişdi.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR