Çavuşoğlu: “Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərlə bağlı açıqlamaları da olduqca qənaətbəxşdir”

Çavuşoğlu: “Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərlə bağlı açıqlamaları da olduqca qənaətbəxşdir”
# 12 noyabr 2020 11:09 (UTC +04:00)

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarda idarəetmənin təşkili üçün lazım olan tapşırıqları verdiyini və bunun üçün lazım olan fərmanları imzaladığını bilirik. Gərgin iş olduğunu da bilirik”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bu ərazilərdə dağıntılar, baza problemləri var: “Amma İlham Əliyevin çıxışlarını izləyirik. Ən qısa müddətdə həm xalqa xidmət, həm də idarəetmə məsələsində lazım olanı edəcək. Azərbaycanın bu gücü var. Bu baxımdan orada yaşayan ermənilərlə bağlı açıqlamaları da olduqca qənaətbəxşdir. Son zamanlarda gətirilmiş xarici terrorçular və digər ölkələrdən qeyri-qanuni şəkildə burada yerləşdirilən insanlardan bəhs etmirəm. Bizdə də erməni vətəndaşlar var. İşləmək üçün gələnləri nəzərdə tutmuram, yüz illərdir Türkiyədə yaşayan erməni vətəndaşlarımızdan bəhs edirəm. Yəni o ərazilərdə illərdir yaşayan ermənilərin həmin ərazilərə geri dönməsi, orada yaşaması üçün nə lazımdırsa, edəcəklərini də söylədilər. Türkə yaraşan da budur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR