Ceyhun Bayramov: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir”

Ceyhun Bayramov: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir”
# 06 oktyabr 2020 14:19 (UTC +04:00)

“Ötən həftədən başlayaraq Ermənistan ərazisindən Daşkəsən, Şəmkir əraziləri atəşə tutulmağa başladı”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

C. Bayramovun sözlərinə görə, məqsəd odur ki, Azərbaycan cavab tədbirləri həyata keçirsin və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etsin, üçüncü tərəfləri bu konfliktə cəlb etsin: “Ötən həftənin şənbə günündən başlayaraq isə Ermənistan Azərbaycanın 100-200 km uzaqlıqdakı böyük şəhərlərini - Gəncəni, Mingəçeviri hədəfə aldı. Hərbi əməliyyatların aparılması özü-özlüyündə xoşagəlməz ssenaridir. Lakin hərbi əməliyyatlarının aparılmasın özünün də bəlli qaydaları var. Ermənistan üçün isə heç bir qırmızı xətt yoxdur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və tarixi həqiqətə söykənir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində yaşayan dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Azərbaycan sülhsevər dövlətdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR