Deputat: "Ermənilər daha bir yeni tarixi dərs almaq istəmirlərsə, təxribatlara son qoymalıdırlar"

Deputat: "Ermənilər daha bir yeni tarixi dərs almaq istəmirlərsə, təxribatlara son qoymalıdırlar"
# 28 aprel 2021 14:20 (UTC +04:00)

“Erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmi olduğu kimi ermənisayağı revanşizm də olduqca təhlükəli və gözlənilməz ola bilər”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ona görə də Azərbaycan revanşistlərin başını “Dəmir Yumruq”la əzməyə həmişə hazır olmalıdır və hazırdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev daima öz çıxışlarında Azərbaycanın və dünyanın ictimai diqqətini bu məsələyə çəkir və revanşistlərə qəti xəbərdarlıq edir. Hamıya aydındır ki, Ermənistanda belə qüvvələr var və onlar tək deyillər. Çünki revanşizmi xaricdən dəstəkləyən, erməni olan və olmayan digər güc mərkəzləri də var. Əgər belə olmasaydı, qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülən ermənilər revanşizmə cəhd edəcək cəsarəti özlərində tapa bilməzdilər. Elə Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində bizim sərhəd qoşunlarımıza atəş açılması da bunu təzahürüdür. Azərbaycan Prezidenti ermənilərin bu alçaq hərəkətinə də elə Zəngilandan, orada xidməti istifadəyə açılan sərhəd zastavasından cavab verdi. Əslində bu cavabdan daha çox son və qəti xəbərdarlıq idi. Bu xəbərdarlıq ermənilərlə bərabər onların havadarlarına da edilən xəbərdarlıq idi. Prezident İlham Əliyev şəxsi heyət qarşısında çıxış edən Ali Baş Komandan kimi dedi ki, bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Düşmənin yerindəcə necə məhv edildiyini isə ermənilər çox yaxşı bilirlər. Çünki 44 günlük müharibədə bunu əyani şəkildə görüblər və tarixləri boyu unutmayacaq bir dərs alıblar. Əgər yeni bir tarixi dərs daha almaq istəmirlərsə, bənzər təxribatlara son qoymalıdırlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR