Dövlət başçısı: “Ağdamlılar İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də cəsarətlə vuruşublar, şəhidlər veriblər”

Dövlət başçısı: “Ağdamlılar İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də cəsarətlə vuruşublar, şəhidlər veriblər”
# 20 noyabr 2020 12:17 (UTC +04:00)

“Ağdamlılar Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı ağdamlıların İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də cəsarətlə vuruşduqlarını, şəhidlər verdiklərini deyib: “Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR