Dövlət başçısı: “Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik”

Dövlət başçısı: “Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik”
# 09 noyabr 2020 13:07 (UTC +04:00)

“Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, - onlar faktiki olaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, - bir müddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada yaşayacaqlar”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.

“Biz orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR