Dövlət başçısı: “Ermənistan kapitulyasiya aktını imzalamasaydı, özləri bilirlər bu müharibə nə ilə qurtaracaqdı”

Dövlət başçısı: “Ermənistan kapitulyasiya aktını imzalamasaydı, özləri bilirlər bu müharibə nə ilə qurtaracaqdı”
# 17 noyabr 2020 13:57 (UTC +04:00)

“Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər ki, bu müharibə nə ilə qurtaracaqdı. Bax, budur bizim gücümüz. Budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Füzuli şəhərində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq: “O cümlədən rəzil vəziyyətdə olan Paşinyan. Bizə 7 şərt irəli sürürdü. Bütün o şərtləri başına vurduq. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi: rədd ol çıx get! Və o şərtə əməl edildi. Güc hesabına! Birlik hesabına! İgidlərimiz hesabına! Şəhidlərimiz hesabına!”

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR