Erməni rejissorun Qarabağ müharibəsi haqda filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb

#
# 11:53
1 oktyabr 2020

Erməni rejissor Civan Avetisyanın I Qarabağ müharibəsi zamanı operatorların işindən bəhs edən "Cənnətə Qapı" filmi Moskva Beynəlxalq Kinematoqrafiya Festivalının proqramından çıxarılıb.

APA-nın məlumatına görə, tədbirin proqram direktoru Kirill Razqolov deyib ki, bu addım regionda hərbi əməliyyatların başlaması səbəbindən təhlükəsizlik məqsədilə atılıb.

Filmin rejissoru Civan Avetisyan isə qərarı şərh etməyərək, bundan təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Moskva Beynəlxalq Kinematoqrafiya Festivalı 1-8 Oktyabr tarixləri arasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR