Erməni əsirliyində olan Yəhya Abdinov Azərbaycana qaytarılıb

Erməni əsirliyində olan Yəhya Abdinov Azərbaycana qaytarılıb
# 15 dekabr 2020 00:56 (UTC +04:00)

Ermənistan əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov Azərbaycana qaytarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Vətən Müharibəsində yaralanaraq ermənilərə əsir düşən Hacıqabul rayonunun Ağacanlı kənd sakini, hərbi qulluqçu Abdinov Yəhya Vüqar oğlu Ermənistan tərəfindən qaytarılan əsirlərlə birlikdə vətənə gətirilib.

Bir müddət əvvəl Yəhya Abdinov atası Vüqar Abdinovla telefonla əlaqə saxlayıb. Atasının bildirdiyinə görə, oğlu yaralı vəziyyətdə əsir düşüb. Müəyyən prosedur və müalicələrdən sonra oğlu evinə dönəcək. Hələlik başqa məlumatının olmadığını deyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR