Erməni təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün xərclərə dair vahid məlumat bazası dekabrın 10-dək formalaşdırılacaq

Erməni təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün xərclərə dair vahid məlumat bazası dekabrın 10-dək formalaşdırılacaq
# 13 noyabr 2020 18:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Ermənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tapşırıq verilib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "ASAN" Xidmətə tapşırılıb ki, dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının formalaşdırılmasını 2020-ci il dekabrın 10-dək təmin etməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR