Ermənilərin sentyabrın 27-dən dinc əhaliyə qarşı törətdikləri faktlarla bağlı 12 cinayət işi başlanıb

Ermənilərin sentyabrın 27-dən dinc əhaliyə qarşı törətdikləri faktlarla bağlı 12 cinayət işi başlanıb
# 03 oktyabr 2020 15:34 (UTC +04:00)

Ermənilərin sentyabrın 27-dən dinc əhaliyə qarşı törətdikləri faktlarla bağlı 12 cinayət işi başlanıb.

APA-nın məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bunlardan Tərtərdə 5, Ağdamda 3, Füzulidə 2, Cəbrayılda 1, Goranboyda 1 faktla bağlı cinayət işi başlanıb və prokurorluqda istintaqı aparılır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR