Ermənistan xəstəxanaları hərbi vəziyyətlə əlaqədar ancaq ağır xəstələri qəbul edəcək

Ermənistan xəstəxanaları hərbi vəziyyətlə əlaqədar ancaq ağır xəstələri qəbul edəcək
# 28 sentyabr 2020 08:59 (UTC +04:00)

Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağda gedən döyüşlərlə əlaqədar ölkədə tətbiq edilən hərbi vəziyyət səbəbindən xəstələrin planlı qəbulunu dayandırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hərbi vəziyyətin qanuni müddəalarını rəhbər tutaraq, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan planlı şəkildə stasionar müalicə üçün müraciət edən xəstələrin tibb müəssisələrinə qəbulunun dayandırılmasına dair əmr imzalayıb”, - nazirliyin məlumatında belə deyilir.

Nazirlik yalnız reanimasiya tədbirlərinə və təcili tibbi yardıma ehtiyacı olan xəstələrin qəbul ediləcəyini, digər xəstələrin isə ambulator müalicəyə buraxılacağını bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR