Fransa XİN Ermənistan və Azərbaycan arasında gərginliklə bağlı bəyanat yayıb

#
# 15:13
27 sentyabr 2020

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycan arasında gərginliklə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanat Fransa XİN-in rəsmi saytında yerləşdirilib.

"Fransa Dağlıq Qarabağda davam edən genişmiqyaslı toqquşmalardan, xüsusilə mülki əhali arasında itkilərin olması xəbərindən dərin narahatlıq keçirir. Biz tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və dialoqu bərpa etməyə çağırırıq.

Fransa Minsk qrupunun həmsədri olaraq, tərəfdaşları olan Rusiya və ABŞ ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq, danışıqlar yolu ilə davamlı həllinə nail olmaq üçün öz öhdəliyinə sadiq qaldığını bir daha bəyan edir", - deyə XİN-in bəyanatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR