Fransa səfiri: “Pandemiya dövründə Dağlıq Qarabağla bağlı danışıqların davam etməsi yaxşıdır”

 Fransa səfiri: “Pandemiya dövründə Dağlıq Qarabağla bağlı danışıqların davam etməsi yaxşıdır”
# 21 aprel 2020 17:32 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri Zakari Qros COVID-19 pandemiyası dövründə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların aparılmasını təqdir edib.

APA-nın xəbərinə görə, bu barədə Fransa səfiri “Twitter”də bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hətta COVID-19 pandemiyası dövründə də davam etməsi yaxşı haldır”, - deyə Z. Qros vurğulayıb.

Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan XİN başçılarının video-konfrans formatında görüşü keçiriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR