Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

#
# 15:26
22 aprel 2021

“Bizim burda olmağımız çox vacibdir. Azərbaycanın Fransadakı səfirliyi bu müharibənin reallığını və dağıntının həcmini göstərmişdi. Bizim bura səfərimizin məqsədi həm də rəsmi fikirləri, mövqeni öyrənməkdir. Ümid edirik ki, səfərimiz həm də azərbaycanlılar üçün səmərəli olacaq”.

APA-nın məlumatına görə, bunu Ağdamda səfərdə olan fransalı hüquqşünas, xanım Elise Arfi deyib.

O, Fransanın aparıcı ölkə kimi neytral olmasının, bir tərəfi məmnun etmək yerinə, hər iki tərəfin mövqeyinə baxmasının vacibliyini bildirib: “Fransa da bu müharibənin reallığını görməlidir. Burda gördüklərimiz çox üzücüdür, bu dağıntıları görmək çox ağırdır. Düşünəndə ki, bu şəhərdə, burada insanlar yaşayıb və bu müharibə onlara nələr edib, çox ağırdır”.

Xanım hüquqşünas qeyd edib ki, bunları öz gözü ilə görmək çox vacib məqamdır: “Biz bunların hamısını öz gözümüzlə götürürük və ola bilsin ki, Fransada formalaşmış rəyə biz hansısa töhfə verə bilərik. Mənim fikrimcə, avropalılar bizim kimi buralara gəlməli, hər şeyi öz gözləri ilə görməli və başa düşməlidir ki, əslində, vəziyyət nə yerdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR