Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO

Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO
# 22 aprel 2021 18:05 (UTC +04:00)

Fransalı hüquqşünaslar Vətən müharibəsinin gedişində Gəncədə Ermənistanın atəşə tutduğu ərazilərdə olublar.

APA-nın yerli bürosunun xəbərinə görə, hüquqşünaslar Yassine Yakouti və xanım Elise Arfi cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Onlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül qoyublar.

Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR