Füzulinin dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısından dünyaya musiqi ilə mesaj - VİDEO

Füzulinin dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısından dünyaya musiqi ilə mesaj - VİDEO
# 22 noyabr 2020 16:48 (UTC +04:00)

“Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq. Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərlə Füzulidə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.

Ermənilər tərəfindən dağıdılmış mədəniyyət mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edilib. H. Hacıyev bildirib ki, hayalət şəhəri Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR