Hasan Ünal: “Ermənistan böyük travma keçirir”

Hasan Ünal: “Ermənistan böyük travma keçirir”
# 13 aprel 2021 15:47 (UTC +04:00)

“Həqiqətən Azərbaycan Ordusu çox böyük uğura imza atıb. Çox sayda erməni texnikası, tankı, ağır silahı ələ keçirilib”.

Bunu APA-ya açıqlamasında Maltəpə Universitetinin professoru Hasan Ünal deyib.

Professor bildirib ki, Hərbi Qənimətlər Parkında dronlar tərəfindən məhv edilən tanklar, ağır silahlar və zirehli maşınlar var: “Bu da Azərbaycanın zəfərinin əslində nə qədər geniş olduğunu göstərir. Belə ki, İkinci Dünya Müharibəsində yaşananları xatırlasaq, Azərbaycan kimi işğal altında olan torpaqlarını 44 gündə texnoloji silahlardan istifadə edərək, mülki insanlara zərər vermədən müdhiş uğurla geri ala bilən ikinci bir dövlət yoxdur.

Eyni zamanda bu qələbə Azərbaycan üçün böyük psixoloji üstünlükdür. İllərdir, ermənilər öz ordularının məğlubedilməz olduqları ilə bağlı mif yayırdılar. Bunun doğru olmadığı üzə çıxdı. Hazırda Ermənistan buna görə də böyük travma keçirir. Bu travma çox güman ki, uzun çəkəcək. Azərbaycan müəyyən addımlar atır, bölgədə əməkdaşlıqları inkişaf etdirir. Azərbaycan yoluna gedəcək və Ermənistanı gözləməyəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR