Hikmət Hacıyev: "Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir" - FOTO

Hikmət Hacıyev: "Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir" - FOTO
# 02 noyabr 2020 23:09 (UTC +04:00)

"Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi".

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

Hikmət Hacıyev bildirib ki, 8 oktyabr tarixində də Ermənistan Azərbaycanın Füzuli bölgəsinə fosfor mərmisi atıb: "Mərmi zərbə zonasında partlamayıb. ANAMA mütəxəssisləri onu müəyyənləşdirərək zərərsizləşdiriblər. Ermənistan PUA-ların kameralarını ağ tüstü ilə örtmək üçün fosfordan istifadə edərək Şuşa meşələrində yanğın törədir".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR