ICESCO-nun missiyası işğaldan olunmuş ərazilərdə dağıntılarla bağlı hesabat hazırlamaq üçün Azərbaycana səfər edəcək

ICESCO-nun missiyası işğaldan olunmuş ərazilərdə dağıntılarla bağlı hesabat hazırlamaq üçün Azərbaycana səfər edəcək
# 14 yanvar 2021 17:04 (UTC +04:00)

"ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq".

APA-nın məlumatına görə, bunu ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

Baş direktor hazırlanacaq hesabatın hərtərəfli və ədalətli olacağına inandığını bildirib: “Texniki missiyanın hesabatı işğaldan olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirməni verəcək".

O bildirib ki, ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək: "Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR