İlham Əliyev: “Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanandan sonra orada bir dənə də terrorçu sağ qala bilməz”

İlham Əliyev: “Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanandan sonra orada bir dənə də terrorçu sağ qala bilməz”
# 14 oktyabr 2020 14:23 (UTC +04:00)

“Bizdə bu barədə kəşfiyyat məlumatı var. Bu barədə mən daha ətraflı açıqlama vermək istəmirəm. Daha çox dağlıq bölgəsindədir. Çünki işğal edilmiş torpaqların bir hissəsi dağlıq ərazidir, bir hissəsi isə düzənlikdir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində “Cənab Prezident, PKK-nın Qarabağda düşərgələrindən bəhs etdiniz. Düşərgələrin hansı bölgələrdə olduğu bəllidirmi” sualına cavabında deyib.

Dövlət başçısının sözlərinə görə, onlar daha çox meşələrdə və dağlıq ərazilərində yerləşiblər: “Bu məsələ ilə bağlı biz dəfələrlə beynəlxalq təşkilatlarda öz sözümüzü demişik. Hətta mən əvvəlki vəzifəmdə olarkən, - deputat kimi Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri idim, - orada da məsələ qaldırmışdım. Avropa deputatlarının diqqətini cəlb etmişdim bu işlərə ki, onlar Ermənistana sanksiya tətbiq etsinlər. Yəni, Ermənistan terrorçu ölkədir, terroru təşviq edən ölkədir. Ona görə belə kəşfiyyat məlumatları var. Eyni zamanda, Rusiyanın xarici kəşfiyyat idarəsinin açıqlamasında da bu, deyilmişdi. Amma nədənsə o açıqlama heç bir mətbuatda yer almadı. Həmin açıqlamada deyildi ki, Azərbaycanda əcnəbi adamlar vuruşur. Eyni açıqlamada Ermənistanın adı çəkilməsə də, PKK-nın da döyüşdüyü bildirilib. Aydındır ki, PKK Azərbaycanda ola bilməz. Amma niyə Qərb mətbuatında bu barədə bir kəlmə də yoxdur? Ört-basdır etmək istəyirlər, diqqətdən kənarda saxlamaq istəyirlər. Amma bütün bu torpaqlarda Azərbaycan bayrağı dalğalanandan sonra orada bir dənə də terrorçu sağ-salamat qala bilməz”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR