İlham Əliyev: “Ermənistandakı vətəndaş cəmiyyətləri erməni xalqına həqiqətləri deməyə başlamalıdır”

#
# 11:55
13 aprel 2021

“Ermənistanın vətəndaş cəmiyyətindən daha çox şey gözləyirik. Çünki nə hökumət, nə də müxalifət bu gün onlara nəinki Azərbaycan haqqında pozitiv, hətta neytral söz deməyə şərait yaratmaz. Çünki bu, Azərbaycanofobiya konsepsiyasıdır, Azərbaycana qarşı onilliklərlə yaradılmış nifrətin kultivasiyasıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, Ermənistandakı vətəndaş cəmiyyətləri özlərində cəsarəti tapmalı, erməni xalqına həqiqətləri deməyə başlamalıdırlar: “Çünki müharibə artıq tarixə qovuşub, konflikt həll olunub və biz gələcəyə baxmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR