İran Prezident Aparatının rəhbəri Ermənistan-Azərbaycan sərhədində toqquşmalara münasibət bildirib

İran Prezident Aparatının rəhbəri Ermənistan-Azərbaycan sərhədində toqquşmalara münasibət bildirib
# 15 iyul 2020 14:59 (UTC +04:00)

“Böhrandan yeganə çıxış yolu siyasi danışıqlardadır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi “Twitter”də Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara münasibət bildirərkən deyib.

O bildirib ki, münaqişə tərəflərinin mənafeyi və ərazi bütövlüyünün təmini nəzərə alınmalıdır.

M. Vaezinin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma narahatlığa səbəb olub.

O qeyd edib ki, İran İslam Respublikası keçmişdə iki ölkə arasında vasitəçilik edib və hər iki ölkə ilə yaxşı qonşuluq əlaqələrinə malikdir.

“Bu səbəbdən lazım olarsa, bu sahədə hər növ yardım etməyə hazırıq”, - deyə M. Vaezi vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR