İran XİN: Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmanı müsbət qarşılayırıq

İran XİN: Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmanı müsbət qarşılayırıq
# 10 noyabr 2020 18:26 (UTC +04:00)

İran İslam Respublikası ərazi bütövlüyü, beynəlxalq sərhədlərin dəyişilməməsi, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqınların qayıtmasını özündə ehtiva edən Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmanı müsbət qarşılayır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan arasında razılaşma ilə əlaqədar bəyanatında öz əksini tapıb.

Bildirilib ki, İran münaqişənin həlli ilə əlaqədar bu razılaşmanın prinsiplərinin Qafqazda davamlı sülhün bərpası ilə nəticələnəcəyinə ümid edir: “İran İslam Respublikası Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəsin əldə olunması və münaqişənin başa çatmasını müsbət qarşılayır. İran ərazi bütövlüyünə hörmət edilməsini, beynəlxalq sərhədlərin tanınmasını, işğal olunmuş ərazilərin azad olunmasını və qaçqınların öz torpaqlarına qayıtmasını və bölgədə azlıqların hüquqlarının və təhlükəsizliyinin təminini zəruri hesab edir”.

Qeyd olunub ki, İran bir daha bölgədə sülh və təhlükəsizliyə kömək etməyə və regional təşəbbüslərdə iştirak etməyə hazır olduğunu bildirir.

O da bildirilib ki, İran Rusiya sülhməramlılarının yerləşdirilməsinə yardım etməyə hazırdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR