İran hökumətinin sözçüsü: “Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz tamamilə aydındır”

İran hökumətinin sözçüsü: “Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz tamamilə aydındır”
# 29 sentyabr 2020 16:06 (UTC +04:00)

“Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə əlaqədar İranın mövqeyi tamamilə aydındır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqdə deyib.

O, İran hökumətinin indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını vurğuladığını diqqətə çatdırıb.

Ə. Rəbii qeyd edib ki, İran Azərbaycanın işğal olunmuş ərazisində baş verən hadisələri diqqət və narahatlıqla izləyir: “İki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülh yolu ilə həll etmək mümkündür. İran, Türkiyə və Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası sahəsində və ixtilafların həlində hər iki ölkəyə yardım edə bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR