İranlı deputat: “Şuşanın azadlığı bizim hamımızı sevindirdi”

İranlı deputat: “Şuşanın azadlığı bizim hamımızı sevindirdi”
# 09 noyabr 2020 18:14 (UTC +04:00)

İran parlamentinin Təbrizdən olan deputatı Məhəmməd Hüseyn Fərhəngi Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına videomüraciət ünvanlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, iranlı deputat bildirib ki, strateji şəhər olan Şuşa incəsənət xadimlərinin diyarıdır və onun çox dəyərli keçmişi var.

“Qarabağda strateji mövqeyi olan bu şəhərin azadlığı bizim hamımızı sevindirdi. Ümid edirik ki, Azərbaycanın hakimiyyəti altında azərbaycanlı və erməni əhalisi sülh və dinc şəraitdə birgə yaşayacaqlar”, - deyə Məhəmməd Hüseyn Fərhəngi qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR