İrlandiyalı siyasi analitik: “Döyüş meydanında uduzan Ermənistan mülki insanları atəşə tutur"

İrlandiyalı siyasi analitik: “Döyüş meydanında uduzan Ermənistan mülki insanları atəşə tutur"
# 05 oktyabr 2020 16:09 (UTC +04:00)

“Ermənistan Dağlıq Qarabağda döyüş meydanında müharibəni uduzur. Elə buna görə də Azərbaycanın mülki obyektlərini və əhalisini raket atəşinə tutur”.

Bunu APA-nın Böyük Britaniya bürosuna açıqlamasında irlandiyalı tarixçi, siyasi analitik Patrik Valsh deyib.

O bildirib ki, Ermənistan bununla Azərbaycanın onlara cavab verməsini və ağılsızcasına düşdükləri vəziyyətdən Rusiya tərəfindən xilas olunmaq istəyir.

P. Valsh qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda üzləşdiyi məğlubiyyətdən xilas olmaq üçün müharibəni regional müstəviyə çəkməyə cəhd göstərir.

“Ermənilərin mülki şəxslərə qarşı hücumları beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalıdır”, - deyə siyasi analitik vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR