İtaliya Senatının Komissiya sədri: “Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə gördüklərim qəlbimi sıxır, yaralayır”

#
# 14:33
14 aprel 2021

“Mən 44 gün ərzində baş verənləri öz gözlərimlə görmək üçün bura gəlmişəm”.

APA-nın məlumatına görə, bunu Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçelli deyib. 

O bildirib ki, İtaliya hökuməti, eyni zamanda, italiyalılar 44 gün ərzində Azərbaycanı dəstəkləyiblər: “Mənim də bura gəlməyimin səbəbi odur ki, biz bir daha xatırladırıq ki, bizim ölkələr arasında dostluq əlaqələri var. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycanın bu müharibə ilə bağlı malik olduğu səbəbləri dəstəkləyirəm. Bunu eyni zamanda, BMT-nin qətnamələri də təsdiqləyir. Bütün dünya COVID pandemiyası ilə bağlı çox ağır dövr keçirməkdədir. Bu dəqiqə dünyada baş verən hadisələrlə bağlı hər bir ölkənin vətəndaşlarının öz dövlətlərindən yalnız iki tələbi var. Birincisi, sağlamlığın müdafiəsi, ikinci isə həyat tərzinin yüksək səviyyədə saxlanılmasıdır. Bütün ölkələrdə tələb olunan iki bənddir, Azərbaycanda isə iki bəndə üçüncünü də əlavə etmək olar. Bu da uzunmüddətli sülhdür”. 

O qeyd edib ki, münaqişə zamanı mülki şəxslərə qarşı törədilənlər cinayət aktıdır: “Bu, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Burda gördüklərim hamısı məndə böyük məyusluq hissi yaradır. Mənim qəlbimi sıxır, yaralayır. Yalnız ümid edə bilərəm ki, Azərbaycan bundan sonra uzun zamanda çiçəklənəcək, sülh olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR