İtaliya Senatının komissiya sədri: “Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə buranı darmadağın edirdi?”

İtaliya Senatının komissiya sədri: “Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə buranı darmadağın edirdi?”
# 15 aprel 2021 18:26 (UTC +04:00)

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli bu gün Ağdama səfər edib.

APA-nın məlumatına görə, bu barədə V. Petroçelli “Twitter” hesabından paylaşım edib.

"Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?", - deyə o yazıb.

Qeyd edək ki, Vito Petroçellinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib, Vətən müharibəsi zamanı Ermənistanın raket zərbələri endirdiyi yerlərə baş çəkib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR