Jurnalistlər Zəngilanda aeroport inşa ediləcək ərazidə olublar - FOTO

Jurnalistlər Zəngilanda aeroport inşa ediləcək ərazidə olublar - FOTO
# 28 aprel 2021 14:02 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı Zəngilan rayonunda inşa olunacaq.

APA-nın əməkdaşı xəbər verir ki, jurnalistlər Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə təşkil olunmuş media-tur çərçivəsində hava limanının inşa ediləcəyi ərazidə olublar.

Bildirilib ki, hava limanının uçuş-enmə zolağı 3 km olacaq. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək.

Aeroport istismara verildikdən sonra istər yerli sakinlər, istər bu ərazilərə səfər edəcək turistlər, istərsə də yükdaşıma üçün əlverişli olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR