Latviya XİN başçısı: “Mövqeyimiz qətidir, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır"

Latviya XİN başçısı: “Mövqeyimiz qətidir, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır"
# 12 dekabr 2019 14:56 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviçs Riqada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Latviyalı nazir bildirib ki, Azərbaycan XİN başçısı ilə görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Latviyanın regionda sülhün bərpası ilə bağlı mövqeyi qətidir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və diplomatik kanallar vasitəsilə həll olunmalıdır”, - deyə Latviya XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR