Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkündür”

#
# 12:40
14 oktyabr 2020

“Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkündür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmsədrlərin işləyib hazırladıqları təkliflər masa üzərində qalır və təkliflərin tərkibi məlumdur.

Rusiya XİN başçısı qeyd edib ki, hazırkı vəziyyət siyasi prosesi aktivləşdirməyə kömək etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR