Lavrov: “Rusiya və Türkiyənin Dağlıq Qarabağda ortaq vəzifələri var”

Lavrov: “Rusiya və Türkiyənin Dağlıq Qarabağda ortaq vəzifələri var”
# 12 noyabr 2020 15:11 (UTC +04:00)

“Rusiya və Türkiyənin Dağlıq Qarabağda monitorinqlə bağlı ortaq vəzifələri var. Burada heç bir ikimənalılıq yoxdur. Ankara öz vəzifələrini başa düşür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.

“Artıq dediyim kimi Türkiyə ilə ortaq vəzifələrimiz var - texniki nəzarət vasitələri ilə Azərbaycan tərəfdən sülhməramlı əməliyyat rayonundakı obyektiv vəziyyəti izləmək. Əməliyyat yalnız Rusiya Federasiyasının silahlı qüvvələrinin kontingenti tərəfindən həyata keçirilir. Burada hansısa ikimənalılıq yoxdur. Türk tərəfdaşlarımız bunu yaxşı bilirlər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR