Londonda Azərbaycan Ordusuna dəstək məqsədilə avtoyürüş keçirilib - VİDEO

Londonda Azərbaycan Ordusuna dəstək məqsədilə avtoyürüş keçirilib - VİDEO
# 19 oktyabr 2020 14:41 (UTC +04:00)

Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonda Azərbaycan Ordusuna dəstək məqsədilə avtoyürüş keçiriblər.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, 18 oktyabr – Dövlət Müstəqilliyi Günündə Londonda “Trent Park” yaxınlığından start götürüb, “Alexandra Palace” adlanan ərazidə başa çatan avtoyürüşə Britaniyanın müxtəlif şəhərində yaşayan azərbaycanlılar, türkiyəlilər, İsrail vətəndaşları qatılıblar.

Üzərində Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən avtoyürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.

Avtoyürüş iştirakçıları daha sonra “Alexandra Palace”da toplaşaraq şəhidlərin və həyatını itirən mülki vətəndaşların ruhunu bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Azərbaycanın Dövlət himni oxunub.

Aksiyanın təşkilatçılarından olan Ləman Ağası qeyd edib ki, Britaniyada yaşayan azərbaycanlılar müxtəlif aksiyalar vasitəsilə Britaniya və dünya ictimaiyyətinin diqqətini erməni vəhşiliyinə çəkmək istəyirlər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR