MN: Bir neçə kənd və yüksəkliklər işğaldan azad edilib - SİYAHI

MN: Bir neçə kənd və yüksəkliklər işğaldan azad edilib - SİYAHI
# 27 sentyabr 2020 14:11 (UTC +04:00)

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli yüksəkliklər işğaldan azad olunub”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, hazırkı məlumata görə, Füzuli-Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıı rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib: “Bundan əlavə, Ağdərə rayonu istiqamətində və Murovdağ istiqamətində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR