Macarıstan XİN başçısı: “Mövqeyimiz dəyişilməzdir, Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”

Macarıstan XİN başçısı: “Mövqeyimiz dəyişilməzdir, Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”
# 17 iyul 2020 15:30 (UTC +04:00)

Azərbaycanda işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

XİN-dən APA-ya verilən məlumata görə, P. Siyarto Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir P. Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR