Millət vəkili həmsədr ölkələrin XİN başçılarının bəyanatını kəskin tənqid edib

Millət vəkili həmsədr ölkələrin XİN başçılarının bəyanatını kəskin tənqid edib
# 06 oktyabr 2020 11:33 (UTC +04:00)

“ATƏT-in Minsk Qrupuna həvalə olunmuşdu ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilən əsas şərti - erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasını təmin etsin. Onların görməli olduğu işi bu gün Azərbaycan Ordusu icra edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

O bildirib ki, bu prosesdə Azərbaycanı dəstəkləyən ölkələrin sayının artması ilə paralel təəssüflər olsun ki, erməniləri dəstəkləyən qüvvələr də var: “Onların varlığı Ermənistanın Azərbaycana qarşı hibrid müharibəni davam etdirməsinə səbəb olur. Dünən Minsk Qrupu həmsədr ölkələrinin XİN rəhbərləri yaydığı bəyanatda yenə də işğala məruz qalanla işğalçı arasında fərq qoyulmadı. Eyni zamanda onlar xarici ölkələrə dezinformasiya verirlər. Onların yaydığı sənəddə Azərbaycan və Ermənistan ərazisində mülki obyektlərin hədəfə alındığı qeyd olunub. Amma burada yanlış informasiya dünyaya çatdırılır. Azərbaycanın ərazisində mülki obyektlər hədəfə alınır. Amma onlar göstərsinlər ki, hansı erməni şəhəri Azərbaycan tərəfindən hədəfə alınıb? Göstərsinlər. Yaydıqları bəyanatdan görünür ki, onlar Dağlıq Qarabağı Ermənistan ərazisi hesab edirmiş. Buna etiraz edilməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR