Minalar əleyhinə milli standartlar hazırlanıb

#
# 15:27
29 aprel 2021

“Biz çox vacib hüquqi-normativ sənədlər hazırlamışıq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda çıxışında deyib.

Samir Poladov bildirib ki, buraya standartlar da daxildir: “Minalar əleyhinə milli standartlar hazırlanıb. Bununla yanaşı, minalardan təmizləmə prosesində iştirak edən bütün tərəflərin əlaqələndirmə mexanizmi hazırlanıb. ANAMA təşkilatı hazırda kifayət qədər çətin və mürəkkəb dövrü yaşayır. Minalardan təmizləmə ilə bağlı ehtiyacların qarşılanması üçün əlimizdən gələni əsirgəmirik. Bir çox şirkətlərin Azərbaycanda iş və fəaliyyət aparmaq maraqları var. Gələcəkdə bu təşkilat və şirkətlərin fəaliyyəti üçün əlaqələndirmə işi vacibdir. Minalardan çirklənmiş ərazilərdə bir sıra risklər var. Bu minalar əsasən, Rusiya və Ermənistan istehsalı olan tank və piyada əleyhinə olan müxtəlif növ minalardır. Çox nadir hallarda yalnız bir növ minalara rast gəlirik. Çox yerdə qarışıq minalar yerləşdirilib. Qəlpələr çox sayda olduğu üçün onların neytrallaşdırılması çox çətinləşir. Külli sayda partlamamış hərbi sursatlar da əlavə problemdir”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR