Müdafiə Nazirliyi: Canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir

Müdafiə Nazirliyi: Canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir
# 26 oktyabr 2020 19:11 (UTC +04:00)

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusu bu gün saat 08.00-dan humanitar atəşkəs rejiminə əməl edir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Ermənistan saat 08.05 radələrindən başlayaraq müxtəlif istiqamətlərdə humanitar atəşkəs rejimini pozub: “Bu gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir: “Nizami Ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR