Nazir: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”

Nazir: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”
# 22 iyun 2020 17:57 (UTC +04:00)

“Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, habelə bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib”.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə virtual görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki çox sayda Azərbaycan tarixi və islam irsinə aid əsərlər də daxil olmaqla çoxsaylı tarixi, mədəniyyət və dini abidələr vəhşicəsinə məhv edilib.

“Azərbaycan hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası və İƏT-in müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə sadiq qalsa da, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam əsasda bərpa etmək üçün lazım olan bütün vasitələrdən istifadə etmək qanuni haqqını qoruyub saxlayır”, - deyə nazir vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR