Ombudsman: “Azərbaycana qarşı döyüşdə öldürülən və Suriyada dəfn olunan onlarla muzdlu haqqında danılmaz məlumatlar yayılıb”

Ombudsman: “Azərbaycana qarşı döyüşdə öldürülən və Suriyada dəfn olunan onlarla muzdlu haqqında danılmaz məlumatlar yayılıb”
# 21 dekabr 2020 16:48 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili - Ombudsman

“Twitter” hesabında Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşən və öldürülən muzdlularla bağlı paylaşım edib.

APA-nın məlumatına görə, Ombudsman paylaşımda Azərbaycana qarşı döyüşmək üçün Ermənistan tərəfindən muzdluların cəlb olunması məsələsinin dəfələrlə qaldırıldığını xatırladıb.

“Sosial mediada Azərbaycana qarşı döyüşlər zamanı öldürülən, daha sonra Suriyada dəfn olunan onlarla döyüşçü haqqında danılmaz məlumatlar yayılıb”, - deyə paylaşımda qeyd edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR