Pakistan səfiri: “Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir"

Pakistan səfiri: “Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir"
# 28 oktyabr 2020 16:59 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket zərbələri endirməsini pisləyib.

APA-nın xəbərinə görə, bu barədə səfir “Twitter”də bildirib.

“Azərbaycanın Bərdə şəhərində çoxsaylı mülki itkilərin olması barədə xəbərlər gəldi. Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır. Güclü ol, Azərbaycan!”, - deyə pakistanlı diplomat qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin Bərdənin mərkəzinə endirdiyi raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-ə yaxın şəxs yaralanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR