Pakistan səfiri ordumuzun uğurları münasibətilə Azərbaycan xalqını təbrik edib

Pakistan səfiri ordumuzun uğurları münasibətilə Azərbaycan xalqını təbrik edib
# 21 oktyabr 2020 20:44 (UTC +04:00)

"İşğal altında olan ərazilərin azad olunması istiqamətində gedən əməliyyatlarda Azərbaycan Ordusunun qazandığı uğurlar münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm".

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.

Diplomat bildirib ki, tarixi dostluq və qardaşlıq əlaqələri olan Pakistan və Azərbaycan beynəlxalq platformalarda uğurla əməkdaşlıq edib və edir.

"Pakistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və hüquqi həllini dəstəkləyir və bu məsələdə Azərbaycan xalqının və hökumətinin yanındadır", - deyə səfir vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR