Prezident: “Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşük”

Prezident: “Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşük”
# 20 oktyabr 2020 16:21 (UTC +04:00)

“Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, onlara layiq olan yeri göstərmişik: “Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü!”

Otuz il ərzində Ermənistan rəhbərliyinin öz dırnaqarası güclü ordusu haqqında uydurmalar ortaya atdığını, miflər yaradığını qeyd edən dövlətimizin başçısı deyib: “Haradadır bu “yenilməz Ermənistan ordusu?” Görün, baxın, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR