Prezident İlham Əliyev: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır”

Prezident İlham Əliyev: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır”
# 20 noyabr 2020 12:20 (UTC +04:00)

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilib: “Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb”.

Dövlət başçısı bildirib ki, ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır: “Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR