Prezident İlham Əliyev: “Sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir”

Prezident İlham Əliyev: “Sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir”
# 15 oktyabr 2020 18:24 (UTC +04:00)

“Biz irəliləyəcəyik. Bir də gərək Ermənistan atəşkəsə riayət etsin, çünki onlar atəşkəsi pozur”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, günorta saat 12.00-dan atəşkəs elan edildi: “Biz bütün hərbi birləşmələrimizə çox ciddi əmr verdik ki, atəşkəsə riayət edin. Halbuki bunu etmək o qədər də asan deyil. Biz saat 12.00-da durduq, amma onlar durmadı. Ondan sonra haradasa 1 saat ərzində biz yenə də özümüzü müdafiə etmək üçün hərəkətə keçdik və ondan sonra yenə də bir neçə kəndi azad etdik. Ona görə də Ermənistan nəhayət, anlamalıdır ki, bu yolla o, heç nəyə nail olmayacaq. Yalnız atəşkəsə onlar əməl etməlidirlər. Hesab edirəm ki, Ermənistan rəhbərliyi, idarə edənlər bu məsələ ilə bağlı yeni bir açıqlama verməlidirlər ki, onlar atəşkəsə sadiqdir və buna əməl edirlər. O zaman biz də duraq. Amma ondan sonra proses daha illər boyu davam edə bilməz. Ondan sonra bizə təqvim verilməlidir. Biz Moskva görüşlərində təqvim üçün o qədər də israr etmədik. Çünki bir gün ərzində bunu razılaşdırmaq çətin bir işdir, bunu anlayırıq. Ancaq sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir. Tarixlər verilməlidir ki, hansı tarixlərdə qalan torpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə biz davam edəcəyik, necə demişəm, sona qədər...”

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR