Prezident İlham Əliyev: "Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərir"

Prezident İlham Əliyev: "Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərir"
# 09 oktyabr 2020 21:52 (UTC +04:00)

Azərbaycanda türk avadanlığı var, türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “CNN International” televiziya kanalına müsahibəsində aparıcının “Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?” sualına cavabında bildirib.

Türkiyənin Azərbaycana siyasi və diplomatik dəstək göstərdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR