“Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli şəhərində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq: “Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar”.