Prezidentin köməkçisi: “Humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb”

#
# 09:49
11 oktyabr 2020

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan ordusunun Mingəçeviri hədəf alması ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, Hikmət Hacıyev Twitter səhifəsində bunları yazıb: “Mülki aviaşirkətlər vasitəsi ilə çatdırılan humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb və dərhal Mingəçevirdə mülki əhaliyə, kritik əhəmiyyətə malik enerji infrastrukturuna hücum edib. Sivil dünya ilə Ermənistan arasındakı boşluğu görün”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR